Qərb hansı halda nüvə silahından istifadə edə bilər?- ÖZƏL
2 İyul 2024 10:46 Siyasət"Rusiya nüvə silahı ritorikasından daha çox istifadə etsə də, Qərbin bu silahdan birinci istifadə etmə ehtimalı var".
"Olaylar" xəbər verir ki, bunu deyən hüquqşünas Vüqar Dadaşovun sözlərinə görə, əgər, Qərbin Rusiya ilə bağlı planları məcradan çıxarsa o zaman Qərb nüvə silahından istifadə edə bilər: "Həmçinin Rusiyanın Ukraynada qələbəsi reallaşdığı anda Qərb nüvə silahından istifadə etmək lazım olsa belə, Rusiyanı dayandırmaq üçün qəti qərar verə bilər. Ancaq, ABŞ-da keçirilən prezident seçkilərində Donald Tramp qələbə qazanarsa belə bir dünyəvi təhlükənin zəifləmə ehtimalı çoxdur. Hal-hazırda dünyada gedən bütün qarşıdurmalar nəhəng dövlətlərin bölgü prosesinin elementləridir. Yeri gəlmişkən, İsraril-Həmas müharibəsi də sözügedən qarşıdurmaya təsir məqsədilə uzadılır".
Alim Hüseynli
Olaylar.az