Bunlar Fransa liderinin xətaları ucbatından baş verib...- ÖZƏL

"Fransada seçkilərdə ultra-sağın qələbə çalmasının bir çox səbəbləri var. Birincisi, hesab edirəm ki, Emanuel Makronun daxildə və xaricdə yarıtmaz siyasətidir. Çünki Emanuel Makron hər nə qədər beynəlxalq siyasətdə uğura can atmağa çalışsa da, bütün siyasi həmlələri fiaskoya uğradı". 

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Kazım Kazımov bildirib:

"Şimali Afrika siyasətini həyata keçirməyə çalışdı, lakin həm Tunisdən, həm Mərakeşdən, Əl-Cəzairdən xüsusi olaraq sərt cavablar gəldi. Eyni şəkildə Fransanın nəzarəti altında Livanda hökumət qurmağa çalışırdı. Bu da baş tutmadı. Cənubi Qafqazda isə işğalçılara havadarlıq etməyə çalışdı. Lakin burda da eyni şəkildə uğursuzluğa düçar oldu. Uzaq Asiya Pasifik bölgəsində isə Avstraliya ilə bağladığı ittifaq birbaşa öz yaxın müttəfiqi ABŞ tərəfindən pozuldu. ABŞ Fransanı 80 milyon dollarlıq gəlirdən məhrum etdi. Daxilə də baxdığımızda Fransada işsizlik, pensiya yaşı artırılır, ölkədə bunla bağlı onsuz da tez-tez insident baş verirdi. Buna görə də rahatlıqla deyə bilərik ki, bunlar əsasən Fransa liderinin xətaları ucbatından baş verib. Bir tərəfdən də Ai-nin, xüsusən də kənd təsərrüfatı, xarici miqrant axını ilə bağlı verdiyi qərarlar, həyata keçirdiyi siyasət Avropa xalqlarında, o cümlədən Fransa xalqında böyük narazılıqlara səbəb olmuşdur. Buna görə də xalqa daha yaxın, kəskin vədlər verən ultra-sağa yaxınlaşdılar".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31