Makronun çöküşü- ÖZƏL
1 İyul 2024 17:57 Siyasət"Fransada keçirilən parlament seçkilərində gözlənildiyi kimi ultra-sağçılar qalib gəldi. Marin Le Penin cəbhəsi seçkilərdə kifayət qədər səs topladı. Son hesablamalara görə onun səsi 34%-ə çatıb".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edib:
"Bu, Fransa siyasəti üçün bir ideoloji partiyanın yığa biləcəyi böyük səs üstünlüyüdü. İkinci Dünya müharibəsindən sonra biz artıq neofaşistlərin Avropada yüksəldiyinin şahidi oluruq. Bu, təhlükəli məsələdir. Fransa siyasəti üçün də bu, xoşagələn hal deyil. Fransua Mitteran və Jak Şirakdan sonra Fransa siyasətində sağ və sol mərkəzçilər arasında ənənəvi mübarizə gedirdi. Oturuşmuş bir sistem var idi. Son seçkilərdə istər sağ, istərsə də sol mərkəzin çöküşünün şahidi olduq. Xüsusilə də sağ, hansı ki bu sağ mərkəz Fransa siyasətinə Jak Şirak və Nikoli Sarkozi kimi prezidentlər vermişdi. Buna rəğmən, onların bu seçkilərdə tamamilə fiaskoya uğradığının şahidi olduq. Düzdür, solçular müəyyən qədər üstünlük qazandılar. Melanşonun başçılığı altındakı blok 28% səs qazandılar və sağçılardan geri qaldılar. Makronun partiyası 22% səslə 3-cü yerdə durdu və bu, Makronun çöküşü anlamına gələ bilər".