İlk dəfə olaraq parlament seçkiləri Azərbaycanın bütün ərazisində keçiriləcək- ÖZƏL
1 İyul 2024 12:34 Siyasət"Parlament s eçkilərinin keçirilməsi müddətinin önə çəkilməsi bir sıra mühüm məqamlarla əlaqədardır".

Olaylar xəbər verir ki, bunu millət vəkili Rəşad Mahmudov deyib:
"Öncə onu demək lazımdır ki, bu, müstəqil Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, işğaldan azad olunmuş torpaqlarda keçiriləcək ilk parlament seçkisi kimi tarixə düşəcək. Ölkə başçısının sərəncamı ilə Altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisi buraxılması və növbədənkənar seçkilərin 2024-cü il sentyabrın 1-nə təyin edilməsi aparılan hərtərəfli islahatların davamıdır. Eyni zamanda, ilk dəfə olaraq parlament seçkilərinin işğaldan azad edilmiş ərazilərdə də keçirilməsi ölkə bütövlüyünün qanunvericilik müstəvisində də təsdiqinin bir daha bariz nümünəsi olmaqla yanaşı, xalqımızın sürətlə inkişaf edən demokratik Azərbaycan naminə səsvermə prosesinə güclü dəstək verdiyini bütün dünyaya nümayiş etdirəcək. Parlament seçkilərinin növbədənkənar keçirilməsini şərtləndirən mühüm amillərdən biri də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29-un keçirilməsinin noyabr ayına təsadüf etməsidir. İstər Azərbaycanın, istərsə də Cənubi Qafqaz regionunun ictimai-siyasi həyatında strateji əhəmiyyətə malik belə mötəbər beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi Azərbaycana göstərilən etimadın və böyük hörmətin göstərisidir. Digər tərəfdən ölkəmizin üzərinə böyük məsuliyyət də düşür. 80 minə yaxın əcnəbi qonağın Azərbaycana təşrif buyuracağı və qlobal əhəmiyyətli qərarların qəbul olunacağı COP29-un yüksək səviyyədə keçirilməsi zəruriyyətini ortaya qoyur. Əlbəttə, Azərbaycan bir sıra qlobal səviyyəli tədbirləri uğurla həyata keçirməsi ilə tanınır və böyük təcrübəyə malikdir. Bununla belə, mühum əhəmiyyət daşıyan parlament seçkilərinin və qlobal xarakterli tədbirin eyni vaxtda keçirilməsi məqdəuyğun ".
Alim Hüseynli
Olaylar.az