Makronun əriyən və yoxa çıxan reytinqləri- ÖZƏL
1 İyul 2024 12:19 Siyasət"Fransadakı seçkilərin nəticələri gözlənilən idi. Makron Fransa cəmiyyətində öz nüfuzunu və etibarını çoxdan itirmişdi".
.jpg)
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov qeyd edib.
"Son hadisələr Makronun sürətli şəkildə əriyən və yoxa çıxan reytinqlərinin göstəricisidir. Bütövlükdə radikal sağın Qərbi Avropada, xüsusilə də Fransada mövqelərinin möhkəmləndiyini müşahidə edirik. Fransadakı dırnaqarası seçkilər fonunda radikal sağın, Marin Le Penin mövqeləri gücləndi. Yəqin ki, ikinci turda da Makron böyük zərbə alacaq. Hal-hazırda Fransada birinci tura qarşı olan etiraz aksiyalarının ikincu tur seçkilərindən sonra daha da artacağını güman edirəm. Hər halda bütün bu narazılıqlar fonunda Makronun prezident kimi istefası da gündəmə gələ bilər".
Zeynəb Rzayeva