İqlim dəyişmələrinə qarşı mübarizə səyləri birləşdirilməlidir - ÖZƏL
28 İyun 2024 14:53 Siyasət"İnkişafına görə dünyada tanınan ölkəmizdə təşkil edilən tədbirlər dünyada sülhə, mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük töhfələr verir. Etibarlı sülh və tərəfdaşlıq platformalarına, layıhələrinə ev sahibliyi edən Azərbaycanın artıq beynəlxalq səviyyədə qəbul olunan tədbirlərin keçirildiyi məkan kimi tanınması bir reallıqdır".
"Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatı Bayram Aslanov deyib:
"İqlim dəyişmələrinə qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsinə töhfələr verən Azərbaycanın əsas məqsədlərindəndir. Ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə 2024-cü ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi də iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəni önə çəkib. "Euronews" televiziyasına müsahibəsində ölkə başçımız bildirib ki, biz COP zamanı və ondan sonra sədrliyimizin davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyirik ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər".
Alim Hüseynli
Olaylar.az