Fransadan fərqli olaraq ABŞ real sülhdə maraqlıdır- ÖZƏL

"ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen Azərbaycana səfər etməzdən əvvəl Ermənistanda oldu. Vaşinqton Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasında vasitəçiliy həyata keçirməyə çalışır. Qeyd edim ki, ABŞ hərbi eskalasiyada maraqlı deyil və iki ölkənin tezliklə sülh əldə edilməsində səylərini artırır".



"Olaylar" xəbər verir ki, bunu  MCP Başqan müavini Məhəmməd Əsədullazadə deyib:

"C.Obrayin Azərbaycanda aparacağı danışıqlar əsasən Ermənistanla sülh danışıqlarının detalları və tezləşdirilməsi, həmçinin Zəngəzur dəhlizinin açılması perspektivlərini müzakirə edecek. Azərbaycan Fransanı neytrallaşdırmaq üçün ABŞ -la ikitərəfli əlaqələri möhkəmləndirməlidir. Fransadan fərqli olaraq ABŞ real sülhdə maraqlıdır və Zəngəzur dəhlizinin açılmasının labüdlüyünü qəbul edib. Əvvəllər, Vaşinqton bu dəhlizə qarış idi. Azərbaycanın alternativ olaraq İranla Araz vadisindən yol çəkilişini razılaşdırması, Vaşinqtonun Zəngəzur dəhlizinin razılaşmasına, Yerevanı da prosesə razılıq verməyə sövq edib".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31