Sülh sazişinin tez imzalanmasını istəyirlər- ÖZƏL

"Ochr("39")Braynın açıqlaması ABŞ-nin son vaxtlar təkrar etdiyi mesajdır. Sülh sazişinin tez imzalanmasını istəyirlər".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa qeyd edib. 

"Burda orta yolun əhəmiyyəti də qeyd olunur, amma məncə, təkcə o da deyil. Ola bilsin, son vaxtlar ABŞ-Gürcüstan münasibətlərinin gərginləşməsi də burda rol oynayır. Gürcüstan üzərindən gedən yola alternativ olaraq Zəngəzur dəhlizinin  işə salınmasını istəyirlər. Eyni zaman da sülh sazişi də ABŞ üçün lazımdır. Seçki qabağı dönəm üçün əhəmiyyətlidi. Ermənistan ABŞ və Aİ-ə sığındığı üçün, onlar sanki özlərini Ermənistanın təhlükəsizliyi üçün məsul sayırlar. Eyni zamanda seçkiyə qədər buna nail olmaqla seçkidə erməni lobbisinin və ermənipərəstlərin dəstəyini almaq istəyirlər. Ola bilsin ki, Rusiyanın bölgədən sıxışdırılma məsələsi də burada yer alır. Bütün bunları ümumiləşdirəndə ABŞ-nin nədən sülh istədiyini anlamaq olar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31