Siyavuş Novruzov: Bələdiyyəni qapıdan qovurlar

"Torpaq satan bələdiyyə" fikiri artıq cəmiyyətdə yoxdur. Çünki bələdiyyələrəhələ elektron xəritə verilməyib. Bu bələdiyyə hansı torpaqları sata bilər?" Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. Deputat bildirib ki, hər bir vətəndaşbələdiyyəyə torpaq almaq üçün müraciət edir: "Bu torpaq artmır, çoxalmır ki?! Nəvar, odur. Şəhid ailəsi və qazilərə 1 dəfəolmaqla, pulsuz torpaq sahəsi ayrılmalıdır. Azərbaycanda çox böyük nümunəvi bələdiyyələr var. 50-dən artıq bələdiyyəadı sadalaya bilərəm ki, istehsal müəssisəsi də, bağçası da, məktəbi də var".

Deputat xatırladıb ki, bələdiyyələrin birləşməsi ilə bağlı qanun qəbul etdik: "Bələdiyyələrin sayı azalacaq. Adi mülkiyyət vergisini bələdiyyə toplaya bilmir, bələdiyyəni qapıdan qovurlar. Türkiyə nümunə çəkilir. Vergi ödənmədiyi zaman Türkiyədə bələdiyyə polisə verir, mülkə möhür vurdururlar. Qanunlar bu gün üçün yazılmır, gələcək üçün yazılır. Gələcəkdə bələdiyyənin imkanları artacaq və məktəb, nəqliyyat və digər sahələrdəsəlahiyyətlərini həyata keçirəcək. İnşallah, oktyabrdan bələdiyyələr birləşməyəbaşlayacaq".

Siyavuş Novruzov bələdiyyələrə verilən dotasiyalarda olan çatışmazlıqlara da toxunub: "Dotasiya verilən zaman üzərində yazılır ki, hansı sahədə istifadəetmək olar. Başqa sahəyə bu puldan istifadə etməyə qoymurlar. Buna görə bu gün 50-dən çox bələdiyyə sədri həbsdədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31