Şüvəlanı "yeni Nardaran"a çevirməyə çalışırlar! - Zahid Oruc

"Zəfərimizdən sonra misilsiz dinc quruculuqda fəal iştirak edən, onu qoruyan Azərbaycan hüquq-mühafizə orqanlarınıləkələmək üçün cinayətkar bir şəxsin Şüvəlanda qətlə yetirdiyi üç polisin üzərindən dövlətimizə qarşı hibrid savaşaparılır". Olaylar xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclasında İnsan hüquqlarıkomitəsinin sədri, deputat Zahid Oruc bildirib: "Vətən müharibəsində Milli Qəhrəman zirvəsinə ucalan, dövlətçiliyin qurulmasında Ulu öndərin peşəkarlıq vərəşadət məktəbini keçən polis sisteminəqarşı son 3 gündə informasiya terroru daha da intensivləşib. Halbuki,  demokratik Qərbdə polis rəftarının qlobal miqyaslıetiraz aksiyalarına səbəb olduğu, aşırı güc tətbiqi etdiyinə dair "Amnest İnternational"ın ayrıca hesabatları hamıya məlumdur. Lakin son hadisə ətrafında səfərbər olunan qüvvələrin açıq şəkildədövlətimizə verdikləri mesaj on illər ərzində aparılan anti-Azərbaycan siyasətinin davamıdır. İlk növbədə, onlar demək istəyir ki, sərhədlər bağlı olsa da, sabitliyi poza bilərlər".

O, hadisənin Müsəlman Birliyi Hərəkatının həbsdə olan rəhbəri Taleh Bağırzadənin ad günündə - 23-dən 24-nəkeçən gecə, səhər saat 4-də törədilməsini də təsadüf saymayıb: "Bununla özünü"Zəmanəsinin Xomeynisi" sayan şəxsin gec-tez gələcəyinə işarələr edilməsi siyasi təqvimlə işləyən radikal Hüseynçi qüvvələrin, ölkəmizə düşmən olan dairələrin "istənilən anda müdaxilə edərik" mesajı məkrli bir siyasətin aparıldığınıgöstərir.Göründüyü kimi, yaddaşımızıtəzələyənlər Şüvəlanı "yeni Nardaran"a çevirməyə çalışmaqla bir vaxtlar dini müqavimət məkanına çevirdikləri kəndin yaddaşını oyatdıqlarını, onu yaşatdıqlarınınümayiş etdirirlər".

Z.Orucun sözlərinə görə, bəzi qüvvələr Bakı kəndləri amilini işə salmaqla, din, namus-qeyrət mental kodunu istismar etməyə cəhd göstərməklə, hakimiyyətəqarşı əllərindən çıxan yerli əhali amilini təzədən dirçəltmək istəyirlər: "Məhz Şüvəlanın, 1-ci Vitse-prezidentin bir vaxtlar təsmilçisi olduğu rayonun adınıhallandırmaq, ləkələməyə çalışmaqla, "PaşaHoldinq"in məsələyə bağlılığıiddiasını irəli sürməklə hansı avantürst planlara əl atıldğı aşkar görünür. Məqsəd Vətən müharibəsindən sonra Prezident vəBirinci xanımın yüksələn nüfuzuna kölgəsalmaqdır.

"Şüvəlan-Gəncə paralellərini" yaratmaq, Gəncə hadisəsini xatırlatmaq, 2018-ci illərdə təxminən eyni vaxtda - 3 iyulda başverən terror aktını xatırlatmaq, "biz varıq, hər yerdəyik" çağırışları 44 gündə məğlub olan qüvvələrin daxildə cəbhə açmağa fürsət axtardılarını göstərir. Onlar dünən Söyüdlü kəndindəydilər, bu gün Şüvələnda, sabah digər ərazilərdətoqquşma ocağı yaradıb ondan yararlanmaq istəyəcəklər. Polislərin qatilinin - Rövşən Allahverdiyevin "Yunis Səfərov" adlandırılması, paralellərin aparılması da deyilənlərə sübutdur. Lakin işğal dövründə olduğundan daha artıq, indi Azərbaycan polisi dövlətin qoruyucusu vəqurucusu olaraq qalacaq. Biz hüquq-mühafizə orqanlarına qarşı aparılan kampaniyanı dövləti zəiflətmək planısayaraq, onu qətiyyətlə pisləyirik".

Deputat Siyavuş Novruzov isə qeyd edib ki, dini məsələlərlə daha ehtiyatlıdavranmaq lazımdır: "Azərbaycan tolerant ölkədir. Bütün dinlər burada bərabərdir. Çalışmalıyıq ki, bu balansı qoruyaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31