Fransadan fərqli olaraq ABŞ real sülhdə maraqlıdır- ÖZƏL
28 İyun 2024 10:50 Siyasət"ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O Brayen Azərbaycana səfər etməzdən əvvəl Ermənistanda oldu. Vaşinqton Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasında vasitəçilik həyata keçirməyə çalışır. Qeyd edim ki, ABŞ hərbi eskalasiyada maraqlı deyil və iki ölkənin tezliklə sülh əldə edilməsində səylərini artırır".
.jpg)
"Olaylar" xəbər verir ki, bunu MCP Başqan müavini Məhəmməd Əsədullazadə deyib:
"C.O Brayn Azərbaycanda aparacağı danışıqlar əsasən Ermənistanla sülh danışıqlarının detalları və tezləşdirilməsi, həmçinin Zəngəzur dəhlizinin açılması perspektivlərini müzakirə edəcək. Azərbaycan Fransanı neytrallaşdırmaq üçün ABŞ -la ikitərəfli əlaqələri möhkəmləndirməlidir. Fransadan fərqli olaraq ABŞ real sülhdə maraqlıdır və Zəngəzur dəhlizinin açılmasının labüdlüyünü qəbul edib. Əvvəllər Vaşinqton bu dəhlizə qarış idi. Azərbaycanın alternativ olaraq İranla Araz vadisindən yol çəkilişini razılaşdırması, Vaşinqtonun Zəngəzur dəhlizinin razılaşmasına, İrəvanı da prosesə razılıq verməyə sövq edib".
Alim Hüseynli
Olaylar.az