Beynəlxalq ictimaiyyət Paşinyanın sülh göyərçini olmasına inandırılırdısa...- ÖZƏL

"Bu bəyanat ilk növbədə Moskvanın ikili oyun siyasətinin nəticəsidir. Putin bir yandan Azərbaycanın və Türkiyənin bölgədə formalaşdırdığı yeni reallıqlarla hesablaşma məcburiyyəti hiss edir, digər yandan da ermənilər üzərində dayağını və nüfuzunu itirməməyə çalışır". 



Bu fikirləri Olaylar.az-a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib:

"Məsələnin bir tərəfi də Paşinyanı cəzalandırmaq hədəfi ilə bağlıdır. Paşinyan administrasiyası Rusiyaya qarşı açıq demarş siyasətinə keçid edib. 2018-ci ildə Soros fondunun maliyyəsi ilə hakimiyyətə gələn Nikol əlbəttə ki qarşılığında Qərbdən müəyyən direktivlər almışdı. Əsas şərt isə Qərb cinahının Cənubi Qafqazda məhz Ermənistan üzərindən varlığına təkan vermək idi. Bunu isə icra etmənin tək yolu bölgədə konfrontasiyanı dərinləşdirmək ola bilərdi. Odur ki, Qarabağ münaqişəsinin dərinləşməsi üçün Qərb əlindən gələni etməyə davam edirdi. Özünü demokrat adlandıran Paşinyan isə səsləndirdiyi ideallara sadiq qalmadan özündən öncəkilərə xələflik etdi. İlkin periodda Moskvaya qarşı kəskin meyillər göstərilmirdi. Lakin Vətən müharibəsi bu istiqamətdə Paşinyana kozur vermiş oldu. Beynəlxalq ictimaiyyət Paşinyanın sülh göyərçini olmasına inandırılırdısa, daxili auditoriya Rusiyanın Ermənistana heç bir təhlükəsizlik təminatı verməməsinə və KTMT üzvlüyünün İrəvana itkidən başqa qazanc gətirməməsinə inandırılırdı. Bu cür inam qarşısında Kreml də öz oyunlarını qurmağa cəhdlər edir. Əlbəttə ki, Moskvanın Paşinyan sonrası Ermənistanla bağlı ciddi planları var. O planların gələcək icrası üçün erməni cəmiyyətinin itirilməməsi labüddür".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31