Zaxarovanın açıqlaması diplomatik bir xəta kimi qəbul olunmalıdır- ÖZƏL

"Zaxarovanın Qriqoryana cavabı sərt olmaqla bərabər müəyyən yanlışlarla yadda qaldı. Belə ki, o Qarabağ ərazisində vuruşan erməniləri öz torpaqları uğrunda vuruşanlar kimi təqdim etdi. Təbii ki, bu qəbuledilməzdir". 

Bu fikirləri Olaylar.az-a açıqlamasında politoloq Oqtay Qasımov bildirib.

"Hesab edirəm ki, bu texniki bir üslub oldu, bir az da erməni cəmiyyətinə, Paşinyan iqtidarının əleyhdarlarına yönəlmiş bir qulağa xoş gələn səs kimi də qəbul oluna bilər. Təbii ki, Mariya Zaxarova bunu səsləndirsə də, bu Rusiyanın rəsmi mövqeyi deyil. Diplomatik bir xəta kimi qəbul olunmalıdır. Təbii ki, onun diqqətinə bu tip ifadələr işlədərkən diqqətli olması çatdırılmalıdır. Bu o demək deyil ki, Rusiyanın rəsmi mövqeyi bundan ibarətdir. Uzun müddət Rusiya Qarabağdan özünün qalmasını istəyirdi, şərtlər buna imkan vermədi və Rusiya bölgədən çıxdı. O rıçaq da Rusiyanın əlindən çıxıb. Sadəcə olaraq bu mövzu zaman-zaman bu və ya digər dövlət rəsmiləri tərəfindən manipulyasiya olunan element kimi qalmaqdadır. Hesab etmirəm ki, bu ciddi bir fikirdir, sadəcə olaraq Azərbaycan tərəfi onun diqqətinə bu tipli məsələlərdə diqqətli olmağı çatdırmalıdır".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31