Azərbaycan Ordusu öz tarixi missiyasını şərəflə yerinə yetirib- ÖZƏL

"Azərbaycan Silahlı Qüvvələri öz missiyasının ən vacib və ən şərəfli vəzifəsini 2020-ci ildə, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ savaşında tarixi Qələbə əldə etməklə həyata keçirib".

"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib:

"Bu gün Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi və mənzil təminatlarının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsi kimi məsələlər xüsusi diqqət mərkəzində saxlanılan prioritet istiqamətlərdir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il 27 sentyabrda əks-hücum əməliyyatlarına başlayan Azərbaycan Ordusu tarixi Zəfər əldə etdi. Düşmən qısa müddət ərzində və ən əsası bizim tərəfimizdən minimal itki verməklə tamamilə darmadağın edildi və kapitulyasiya aktını imzalamağa məcbur oldu. Keçən ilin sentyabr ayında isə cəmi bir gün davam edən antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi".
 

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31