İrəvan yenə də sülhü pozmağa çalışır
26 İyun 2024 17:00 SiyasətErmənistan Azərbaycanla müharibədə ağır məğlubiyyətə uğradıqlarını etiraf edib acınəticələrindən dərs çıxarmaq əvəzinə yenədə təxribatçı fəaliyyətləri ilə sülhüpozmağa çalışırlar. Bunun üçün də İrəvan uğradıqları ağır məğlubiyyətlərin məsuliyyətini üzərilərindən atıb sülhdən yayınmaq üçün ağlasımaz sərsəm fikirlər ortaya atmaqla məşğuldurlar. Növbəti beləbir sərsəm fikri Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yenidən dilə gətirib. Sərsəm Qriqoryan yenə də məğlubiyyətin səbəbini özlərində deyil, kənarda axtarmağa başlayıb. Qriqoryan sərsəm fikirlərə iddia edib ki, Rusiya Qarabağı Ermənistanın əlindən alıb Azərbaycana verdi. "Olaylar" ın məlumatına görə, siyası şərhçi Mürtəza Bünyadlı bildirib ki, belə bir sərsəm fikirlər səsləndirən Qriqoryanın dedikləri "adımı sənə qoyum, səni yana-yana qoyum" zərb-məsəlini xatırladır. Çünki Ermənistan tarixən hansısa xarici güclərin və ölkələrin birbaşa dəstəyi, onların hərbçilərinin arxasında gizlənərək Azərbaycan torpaqlarını işğal ediblər: "İki yüz ildən artıq müddətdə ermənilər xarici güclərin hərbi qüvvələrinin iştirakı ilə tarixi Azərbaycan torpaqlarında əldə alət olan bir uydurma, forpost Ermənistan dövləti yaradıblar. Əgər Ermənistanın arxasında hər hansı xarici güc olmasaydıişğal siyasətini həyata keçirə bilməzdi. İkinci Qarabağ savaşından öncəAzərbaycan Prezidenti cənab İlham Əliyev də dəfələrlə bəyan edib ki, Ermənistanın hünəri varsa arxasındakıgüclərdən imtina edib təkbaşına Azərbaycanla qarşı-qarşıya gəlsin və o zaman bəlli olacaq ki, kim kimdir. Kim güclüdür, kim zəif. Amma zaman yetişəndə Azərbaycan Ermənistanın arxasındakı himayədarların da dəstəyinə baxmayaraq öz qüdrətini döyüşmeydanında sübut etdi. Qısa zamanda Azərbaycan ordusu barəsində yaradılan mifləri darmadağın edərək ağır məğlubiyyətlərə uğratdı. 2023-cü ilin sentyabrında isə Azərbaycan ordusu rus hərbi kontingentinin nəzarətində olan ərazidə kiçik mobil qüvvə ilə həyata keçirdiyi antiterror tədbiri isə heç bir sutka davam etmədi. 44 günlük müharibədə olduğu kimi, yenə də mülki insanlara zərrə vermədən erməniləri ağırməğlubiyyətə uğradıb ağ bayraq qaldırmaq zorunda buraxdı".
Onun sözlərinə görə, Ermənistanın bu sərsəmliyi anlamaq olar. Çünki Ermənistan "seyid cəddinə" ümid olan kimi, ümid edirdilər ki, nə qədər şıltaqlıq etsələr dəhimayədarları onları müdafiə edəcək. Kimsə onların əvəzində vuruşacaq, topraq alacaq və ermənilər də sonradan onların arxasından çıxaraq özlərini "qəhrəman" elan edəcəklər: "Amma zaman keçdi himayədarlar da ermənilərin bu niyyətini anladı. Hətta istəsələr belə buna gücləri yetmədi. Heç uzaq tarixə nəzər salmaq lazım deyil. İstər İkinci Qarabağ savaşızamanı Ermənistana hansı ölkələrin silah verməsi, istərsə də 2020-ci il 10 noyabr bəyanatından sonra Azərbaycan ərazisinə sülhməramlı adı altında gələn rus hərbi kontingentinin 2023-cü ilədək Qarabağdakı erməniləri silahlandırmasına göz yumması faktına nəzər yetirmək kifayətdir. Azərbaycan dəfələrlə belətəxribatçı hərəkətlərə son qoyulmasınıtələb etdi. Lakin nə ermənilər, nə də onlara bu işdə yardım edənlər eşitmədi. Səbri dolan Azərbaycan yenə də "dəmir yumruğu" işə salmalı oldu və düşmən darmadağın edildi. Təbii ki, ermənilər əvvəllərdə olduğu kimi yenə də kimlərinsəonların əvəzinə döyüşəcəyini gözləyirdi, amma olmadı.
Cənab Prezident İlham Əliyevin bəyan etdiyi kimi, iki daş arasında sığışan Ermənistan artıq başını itirib. Azərbaycan tərəfi böyüklük nümayiş etdirib Ermənistanı üzləşdiyi bu ağır vəziyyətdən çıxarmaq üçün sülh əlini uzatmasına baxmayaraq İrəvan əlini hələ də geri çevirməkdədir. Əgər İrəvan xəyallarından vəziyyəti əks istiqamətə dəyişəcəklərini keçirirlərsə, yanılırlar. Artıq o keçmiş dövrü geri qaytarmaq mümkün deyil. Ən yaxşı variant Ermənistan məsuliyyəti üzərlərindən atmaq yox etiraf edib, səhvlərdən imtina etməklə Bakının şərtləri daxilində sülhü imzalamasıdır".