Ceyhun Bayramov Gürcüstana gedir

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sabah Gürcüstana rəsmi səfər edəcək.

Olaylar xəbər verir ki, Ceyhun Bayramov səfər çərçivəsində Gürcüstanın baş naziri İrakli Kobaxidze, parlamentin sədri Şalva Papuaşvili və Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili ilə görüşəcək.

Tərəflər ikitərəfli və regional əməkdaşlıq məsələlərini müzakirə edəcək, media üçün bəyanatlar verəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31