Qərbi Azərbaycan İcması BMT-nin ali komissarını insan hüquqları məsələsinə ikili standartlar prizmasından yanaşmamağa çağırıb
26 İyun 2024 14:16 SiyasətQərbi Azərbaycan İcması BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türkün 2023-cü ilin sentyabr ayında baş vermiş hadisələrə dair qərəzli fikirlər səsləndirməsi ilə bağlı təəssüfünü ifadə edir.
Olaylar xəbər verir ki, bu barədə İcmanın yaydığı bəyanatda bildirilib.
Qərbi Azərbaycan İcması Volker Türkü insan hüquqları məsələsinə ikili standartlar prizmasından yanaşmamağa, Qərbi azərbaycanlıların Ermənistana, öz dədə-baba yurdlarına qayıdışı məsələsinə diqqət verməyə və bunu BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Ermənistanla dialoqunun tərkib hissəsinə çevirməyə çağırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31