Qarşımızda duran əsas vəzifələrdən biri Ordumuzun daha da gücləndirilməsidir- ÖZƏL
25 İyun 2024 18:03 Siyasət"Bu gün işğaldan azad edilmiş bütün torpaqlarımızda Azərbaycan Bayrağının dalğalanması, bu ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin fonunda dünyaya müasir şəhərsalma təcrübəsinin təqdim edilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına mərhələ-mərhələ qayıdışı hər birimizi qürurlandırır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Malik Həsənov deyib: "30 illik işğal dövründə ifadə olunan "Tezliklə torpaqlarımız azad ediləcək, Şuşada, Xankəndidə üçrəngli Bayrağımız dalğalanacaq" arzusu reallığa çevrilməklə yanaşı, bu ərazilər cənnət məkana çevrilir, sakinlərini qarşılayaraq yeni həyata başlayırlar. Müzəffər Ali Baş Komandan İlham Əliyevə, güclü, qüdrətli Azərbaycan Ordusuna minnətdarıq. Cənab İlham Əliyev suverenliyimizin tam bərpasından sonra yeni dövrün uğurla başladığını və uğurla davam edəcəyini bildirərək bu çağırışı da səsləndirir ki, növbəti illərdə qarşımızda duran əsas vəzifələrdən biri Ordumuzun daha da gücləndirilməsidir".
Alim Hüseynli
Olaylar.az