Makronun liderlik etdiyi siyasi qüvvələr bu seçkilərdə də uğur qazanmayacaqlar- ÖZƏL
25 İyun 2024 16:16 Siyasət"Fransada keçiriləcək seçkilər bir müddət öncə Avropa Parlamentində keçirilən seçkilərdə Makronun partiyasının ağır məğlubiyyətindən sonra qərara alınıb".
_(1)_(2).jpg)
Bu fikirləri Olaylar.az-a açıqlamasında politoloq Oqtay Qasımov bildirib:
"Makron bununla həm cəmiyyətdə özünün siyasətinə dəstək niyyəti güdür, eyni zamanda, növbədənkənar seçkilərlə Avropa Parlamentində üzləşdiyi uğursuzluğu bir formada ört-basdır etməyə cəhd edir. Ayın sonuna nəzərdə tutulan bu seçkilərdə də fransız seçicilərin münasibəti dəyişməyəcək. Makronun liderlik etdiyi siyasi qüvvələr bu seçkilərdə də uğur qazanmayacaqlar. Məhz belə olacağı təqdirdə Makronun özünün siyasi gələcəyiylə bağlı məsələlər gündəmə gələ bilər".
Zeynəb Rzayeva
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31