Azərbaycan Ordusu peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyur- ÖZƏL
25 İyun 2024 14:42 Siyasət"44 günlük Vətən müharibəsi zamanı qazanılmış təcrübə çevik və sürətli manevrə malik, yüksək dağlıq və çətin şəraitdə döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirə biləcək yeni birləşmələrin yaradılması zərurətini ortaya qoydu".

"Olaylar" xəbər verir ki, bunu millət vəkili Malik Həsənov deyib:
"Məhz bu zərurət Quru Qoşunlarının Əməliyyat hərbi hissələrinin yaradılmasını aktuallaşdırdı. Buna görə də Prezident İlham Əliyevin tapşırığı ilə ordumuzda yeni təyinatlı Komando hərbi hissəsi yaradıldı. Dövlət başçısı bildirir ki, Komando Briqadasının yaradılması bizim üçün yenilikdir. Bir yox, iki yox, bir çox Komando briqadaları artıq Azərbaycanda yaradılır. Bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Bu, ordumuzun gücünü böyük dərəcədə artıracaq. Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaq".
Alim Hüseynli
Olaylar.az