Zahid Oruc: Ermənistanda Allaha inanmayan din xadimləri var
25 İyun 2024 11:55 Siyasət"Sərhəddin delimitasiyasına etiraz adı ilə meydanlara çıxan Baqrat Qalstanyanın apardığı mübarizə təkcə hakimiyyət davası deyil, kilsənin dövlət üzərində minillik inhisarını qorumağa xidmət edən "xaç yürüşü"dür". Bunu Milli Məclisin deputatı Zahid Oruc parlamentin iclasında deyib. Deputat bildirib ki, artıq erməni rəsmiləri də xalqımızın 100 illərlə dediklərini təsdiqləyir: "İlk növbədə, erməni Baş nazir Nikol Paşinyanın "tarixi, mifik yox, real Ermənistan" deyir, "dövlət kilsədən ayrılmalıdır", söyləyir".
Deputatın sözlərinə görə, bir kilsə əmin-amanlığa xidmət etmirsə, o Allah evi yox, hərbi-siyasi qərargahdır: "Kilsə əgər sülh təmin etmirsə o dirildən məbəd deyil, öldürən silahdır. Paşinyanın cəsarətli fikri necə də həqiqətdir: "Ermənistanda Allaha inanmayan çoxlu din xadimi var".