Azərbaycan Ordusu beynəlxalq humanitar hüququn bütün prinsiplərinə riayət edən bir ordudur- ÖZƏL

"Qarşıdan 26 iyun Silahlı Qüvvələr günü gəlir. Düşünürəm ki, bu hər bir azərbaycanlı üçün xüsusi bir gündür və hər bir azərbaycanlı Silahlı Qüvvələrimizlə fəxr etməlidir. Bizim ordumuz, şanlı, müzəffər ordudur". 

Bu fikirləri Olaylar.az-a açıqlamasında politoloq Sultan Zahidov bildirib:

"Həm İkinci Qarabağ müharibəsində, həm də antiterror əməliyyatlarında öz peşəkarlığı, şücaəti ilə seçilən ordudur. Bizim ordumuz Cənubi Qafqazın bir nömrəli ordusu olmaqla bərabər, dünya hərb tarixinə dərs vermiş bir ordudur. Bu gün bir çox dövlətlərdəki ali hərb məktəblərində, Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində keçirdiyi əməliyyatlar tədris olunur, öyrənilir. Azərbaycan Ordusu eyni zamanda, beynəlxalq humanitar hüququn bütün prinsiplərinə riayət edən bir ordudur. Heç bir halda hərbi cinayətlərə yol vermir. Bu da sözsüz ki, ordumuzun məqsədləri ilə üst-üstə düşən amildir. O baxımdan ki, Azərbaycan Ordusunun əsas məqsədi regionumuzu separatizmdən, terrorizmdən qorumaqdan, ölkəmizin ərazi bütövlüyünü qorumaqdan ibarət idi. Bu ali vəzifənin öhdəsindən ordumuz layiqincə gəldi. Ordu quruculuğu artıq Azərbaycanda bir neçə on illikdir ki, davam edir və ildən-ilə daha da qüvvətlənir. Mənəvi cəhətdən vətənpərvərlik ruhu daha da artırılır, texniki cəhətdən ordumuz ən ali silahlarla təmin olunur, yeni komanda bölgüləri və digər hərbi bölüklər yaradılır. Burada əsas məqsəd ordumuzun qüvvətləndirilməsi və Azərbaycanın milli maraqlarının, təhlükəsizliyinin təmin olunmasıdır".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31