Ali Baş Komandan dövlətimizin təhlükəsizliyini prioritet olaraq diqqət mərkəzində saxlayır- ÖZƏL
24 İyun 2024 17:15 Siyasət"Bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusunun sırasına daxildir. Biz istənilən ərazidə, istənilən vəzifəni, istənilən iqlim şəraitində və günün istənilən zamanında icra etmək imkanlarına malik bir orduya sahib olduğumuz üçün böyük qürur hissi keçiririk".

Bu fikirləri hərbi məsələlər üzrə ekspert Ədalət Verdiyev Olaylar.az-a açıqlamasında bildirib:
"Ali Baş Komandan dövlətimizin təhlükəsizliyini daim prioritet olaraq diqqət mərkəzində saxlayır. Buna görə də ordumuzun təminat və təchizatına ayrılan xərclər hər il artırılır. Bu il üçün Azərbaycan dövlət büdcəsindən 7.2 milyard manatlıq ən böyük vəsait də məhz müdafiə və təhlükəsizlik xərclərinə ayrılıb. Bu isə onu deməyə əsas verir ki, bundan sonrakı dövrdə də Azərbaycan Silahlı Qüvvələri kifayət qədər müasir və güclü silahlar, texnikalar, vasitə və avadanlıqlarla təmin ediləcək".
Zeynəb Rzayeva