Azərbaycan xalqı 21-ci əsrin tək qalib xalqı, Ermənistan ordusu isə 21-ci əsrin tək fərari ordusudur- ÖZƏL
24 İyun 2024 17:18 Siyasət"44 günlük müharibədə və ondan sonra keçirilən əməliyyatlarda, antiterror tədbirlərində Silahlı Qüvvələrimiz yüksək peşəkarlıq və qəhrəmanlıq nümayiş etdiriblər".
.jpg)
Bu fikirləri hərbi məsələlər üzrə ekspert Ədalət Verdiyev Olaylar.az-a açıqlamasında bildirib:
"Bu günə qədər hələ də bir çox ölkələrin hərbi elmi tədqiqat mərkəzləri Azərbaycan Silahlı Qüvvələrinin son 4 ildə həyata keçirdikləri unikal əməliyyatları araşdırmaqla məşğuldurlar. Bu əməliyyatlar zamanı silahlı qüvvələrimiz bir neçə yeni silahlı mübarizə metodlarını tətbiq edib, bir neçə unikal qələbələrə imza atıblar. Məsələn, Şuşa qələbəsi dünyanın bir çox yerində olan təlimlərində belə mümkün hesab edilmədiyi üçün tətbiq edilmir.
Vətəb müharibəsində və ondan sonrakı dövrdə əldə etdiyimiz qələbələrin memarı Ali Baş Komandanımız İlham Əliyev, bu qələbələrin əldə olunmasında əsas rol oynayan isə təbii ki, qəhrəman zabit, əsgər, gizir və xidmətləri böyük olan hərbi qulluqçularımızdır. Məhz onların peşəkarlığı, cəsarəti, mərdliyi nəticəsində bu gün Azərbaycan xalqı 21-ci əsrin tək qalib xalqıdır. Məhz onların şücaəti nəticəsində Ermənistan bu gün darmadağın edilmiş vəziyyətdə, onun ordusu isə 21-ci əsrin tək fərari ordusudur".
Zeynəb Rzayeva