Bu cür açıqlamalar Cənubi Qafqazda sülhün təmin olunmasına xidmət etmir- ÖZƏL

"Hal-hazırda Qarabağda olan erməni sakinlərin hüquqları tam şəkildə qorunur. Köçənlər də könüllü köçüblər. Hər halda erməni vətəndaşları ilə bağlı bir problem yoxdur".



Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib:

"Jozep Borrelin məntiqsiz açıqlamaları erməni diasporuna xoş gəlmək və onlara xidmət etmək üçündür. Erməni diasporu Aİ-də təmsil olunan, Avropa təşkilarlarında rəhbər vəzifə tutan əksər şəxsləri ələ alıb və həmin şəxslərdə ona uyğun açıqlamalar verirlər. Bu cür açıqlamalar Cənubi Qafqazda sülhün təmin olunmasına xidmət etmir və görünür ki, Aİ təşkilatları hələ də bu məsələdə Azərbaycanın əlehinə addımlar atmaqda davam edirlər. Bu da onların özlərinə ziyandır. Azərbaycan haqq, ədaləti artıq bərpa edib və regionun açar dövlətidir. Yaxşı olar ki, Aİ öz siyasətində dönüş etsin".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31