Ordu quruculuğunu ən maksimum səviyyəyə çatdırmaq əsas hədəflərdən biridir- ÖZƏL

"Azərbaycan Ordusu böyük bir inkişaf dövrü keçdi. Nəticədə orduda aparılan hərtərəfli kompleks islahatlar və böyük uğurlar nəticəsində Azərbaycan öz torpaqlarını işğaldan azad etdi". 



Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:

"Cənab Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanda hərbi islahatlar mərhələli şəkildə davam etdirildi. Təkcə ordunun maddi texniki təchizatı ən üstün sıralara çatdırılmadı, eyni zamanda, ordudakı mənəvi psixoloji durum və hərbi vətənpərvərlik tərbiyəsi də çox uğurla tədris edildi. Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi lisey, yeni hərbi tədris universitetlərinin  yaranması ilə zabit, gizir hazırlığı keçən məktəblər formalaşdırıldı. Silahlı Qüvvələrin qoşun növlərinin digər növlərində tədris sistemi peşəkar formaya çatdırıldı. Bu baxımdan da torpaqlarını işğaldan azad edən, Xankəndidəki separatçılığı bitirən Azərbaycanın şanlı Ordusu bundan sonra da inkişaf etdirilir. Azərbaycan dövlətinin əsas hədəflərindən biri ölkəmizdəki ordu quruculuğu prosesini ən maksimum səviyyəyə çatdırmaqdır ki, bu proses bu gün də uğurla davam etdirilir".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31