Qarabağdan köçən ermənilər könüllü gedib- ÖZƏL
24 İyun 2024 13:44 Siyasət"Jozep Borrelin Azərbaycanla bağlı mövqeyi aydındır. Ermənipərəst bir siyasətçidir və davamlı şəkildə də Azərbaycanın əleyhinə açıqlamaları ilə diqqət çəkib".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib:
"Hər dəfə ermənilərin saxta hüquqlarının müdafiəsi üçün açıqlamalar verir, addımlar atır. Təbii ki, bu, Azərbaycan əleyhinə növbəti açıqlamadır. Qarabağdan köçən ermənilər ordan könüllü şəkildə köçüb. Heç kəs də saxlanılmayıb. Həbs edilən şəxslər də Azərbaycan ərazisində separatizmlə məşğul olan şəxslərdir. Onlara qarşı konkret maddələr var. Onların məhkum kimi hüquqları həm beynəlxalq hüquq müstəvisində, həm də Azərbaycan qanunları ilə qorunur. Ailə üzvləri ilə danışmaq üçün şərait yaradılır, yaxşı şəraitdə saxlanılırlar. Bu barədə özləri də açıqlamalar verirlər. Bu barədə heç bir problem yoxdur".