Diasporun çirkli pulları ilə səsləndirilən ittihamlar- ÖZƏL

"Jozep Borrel və onun kimi digər Avropa Birliyi təmsilçiləri də Azərbaycana qarşı qərəzli və ədalətsiz, məntiqsiz, absurd mövqedən çıxış edirlər və bu mövqenin əsas səbəbi də erməni diasporu ilə bağlıdır. Onların böyük əksəriyyəti erməni diasporunun çirkli pulları ilə maliyyələşirlər".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib:

"Bu səbəbdən erməni diasporunun verdiyi tezislərlə erməni narrativlərini gündəmə gətirirlər, Azərbaycana qarşı qərəzli ittihamlar irəli sürürlər. Ümumiyyətlə, Aİ qurumlarında korrupsiya və rüşvət ən yüksək həddə çatıb və bu Aİ qurumlarının və eləcə də Aİ ölkələrinin daxili araşdırmalarının nəticələrinin açıqlanmasından da ortaya çıxıb. Aİ-nin rəhbərliyinə daxil olan şəxslərin korrupsiyada ittiham olunaraq haqlarında araşdırmalara başlanılması Aİ qurumlarının hazırda düşdüyü vəziyyəti açıq şəkildə göstərir. Buna görə də korrupsiya və rüşvətə qurşanmış Qərb qurumlarının Azərbaycana qarşı diasporun pulları ilə ittihamlar səsləndirməsi o qədər də təəccüblü deyib. Bu, gözlənilməz xarakter daşımır. Konkret olaraq erməni maraqlarının Avropa siyasətçiləri üzərindən manipulyasiyalarından başqa bir şey deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31