Milli Məclis hazırda 3 beynəlxalq təşkilata sədirlik edir- ÖZƏL
24 İyun 2024 11:33 Siyasət"Altlncı çağırış Mili Məclis Azərbaycanın parlamentarizm tarixində yeni bir səhifənin aşılması üçüm çox mühüm iz buraxdı".

"Olaylar" xəbər verir ki, bunu deyən Millət vəkili Tahir Mirkişinin sözlərinə görə, Milli Məclis hazırda 3 böyük beynəlxalq təşkilata sədirlik edir: " Ötən dörd ildə biz yeni bir Azərbaycanın formalaşmasının şahidi olduq. Keçən dövr ərzində Azərbaycan prezidenti və birinci-vitse prezidentin Xocalıda, Laçında, Şuşada sakinlərlə keçirdikləri görüşlər bizim hər birimizin tariximizdə ən qürurlu və şanlı hadisələrdən biri oldu. Keçən dövrdə Ulu öndər Heydər Əliyevin dediyi kimi Azərbaycan dünyaya bir günəş kimi doğdu. Azərbaycanın beynəlxalq nüfuzu dəyişdi, torpaqlarımızı işlağdan tamamilə azad etdik. Azərbaycan separatçılığa son qoydu. Nəticə etibaril 2024-cü ildə yeni bir mərhələyə qədəm qoyduq. Bu il əhalinin seçkilərdə indiyə qədər görünməyən bir seçki coşqunluğu ilə başladı. Azərbaycan əhalisi çox fədakarlıqla öz qəhrəmanını prezident seçdi".
Alim Hüseynli
Olaylar.az