Ermənistan tərəfinin verdiyi mina xəritələrinin yararlılığı 25 faizi keçmir - Vüqar Süleymanov
24 İyun 2024 11:31 SiyasətErmənistan tərəfinin verdiyi mina xəritələrinin yararlılığı 25 faizi keçmir.
Olaylar xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Xankəndidə keçirilən elmi-praktik konfransda deyib.
O bildirib ki, məlumatlar emal edilib:
"Bu məlumatları emal etdik bəlli oldu ki, istifadə olunan məlumatların yararlığı 25 faizi keçmir. Bu çox aşağı səviyyədədir. Yalnız keçmiş təmas xəttini bu əhatə edir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31