Cənubi Qafqazdakı proseslərdə iştirak üçün Azərbaycanla dialoqa ehtiyac var- ÖZƏL
21 İyun 2024 19:51 Siyasət"Cənab Prezident və Blinken arasında keçirilən görüşdə COP29 və Ermənistan-Azərbaycan münasibətləri müzakirə olunub. ABŞ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesindən məmnun olduğun dilə gətirmiş və bu məsələdə ABŞ-nin də töhfə verə biləcəyini ifadə etmişdir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında politoloq Kazım Kazımov bildirib:
"Eyni zamanda, COP29-la bağlı Blinken Azərbaycanın yanında olacağı da bildirilmiş, öz dəstəyini açıqlamışdır. Cənubi Qafqaz beynəlxalq güclər, region ölkələr üçün maraqlı olmuşdur. Bu gün Cənubi Qafqazın lider ölkəsi Azərbaycan olduğu üçün bütün beynəlxalq, regional güclərin də Cənubi Qafqazdakı proseslərdə iştirak etməsi üçün Azərbaycanla dialoqa, işbirliyinə ehtiyac duyduğunu açıq şəkildə görürük. Son zəng də bunun çox bariz bir nümunəsidir".
Zeynəb Rzayeva