Fransa səfirliyi də Azərbaycana başsağlığı verdi
21 İyun 2024 17:07 SiyasətFransanın Azərbaycandakı səfirliyi bu gün Cəbrayıl rayonu ərazisində minatəmizləmə prosesi zamanı baş verən partlayışda insan itkisi ilə bağlı başsağlığı verib.
Olaylar xəbər verir ki, bu barədə səfirliyin X hesabında paylaşım edilib.
"Bu gün mina partlaması nəticəsində həlak olan ANAMA əməkdaşının ailəsinə başsağlığı veririk. Fransa ölkəni minalardan təmizləmək səylərində Azərbaycanı dəstəkləməyə sadiqdir", - paylaşımda qeyd edilib.
Qeyd edək ki, bundan öncə Türkiyə və ABŞ səfirliyi Azərbaycana başsağlığı verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31