Blinkenlə cənab Prezident İlham Əliyev arasında müzakirələrin belə sıxlıqla aparılması...- ÖZƏL
21 İyun 2024 12:47 Siyasət"Ümumiyyətlə, ABŞ- Azərbaycan münasibətlərində son dövrlər bir istiləşmə prosesi müşahidə edilir. Azərbaycanın qlobal münasibətlər sistemində mövqelərini get-gedə möhkəmləndirməsi açıq görünən bir məsələ olaraq diqqətimizi cəlb edir".
.jpg)
Bu fikirləri Olaylar.az-a açıqlamasında politoloq Tural İsmayılov bildirib:
"Bu rakursda, özəlliklə həm COP29-a evsahibliyi etməyimiz, həm Azərbaycanın beynəlxalq münasibətlər sistemində öz dayaqlarını möhkəmləndirməsi Amerika Birləşmiş Ştatları tərəfindən də müşahidə edilir və buna görə də ABŞ dövlət katibi Entoni Blinken artıq qısa müddət ərzində neçənci dəfədir ki, Azərbaycan Prezidentinə zəng vurur, regional məsələlər, qlobal siyasi məsələlərlə bağlı müzakirələr aparır. Bu baxımdan Blinkenlə cənab Prezident İlham Əliyev arasında müzakirələrin belə sıxlıqla aparılması, Azərbaycan -ABŞ münasibətlərindəki istiləşməni və həmçinin yenilikləri də özündə açıq formada ehtiva etmiş olur. İki ölkə arasındakı münasibətlərin hər keçən gün inkişaf etdiyini bir daha nümayiş etdirir".
Zeynəb Rzayeva