Revanşist qüvvələr Ermənistanı avantüraya sürükləyirlər- ÖZƏL
21 İyun 2024 12:24 Siyasət"Ermənistanın müdafiə naziri xarici ölkələrə səfər edərək ölkəsinin silahlandırılmasını təşviq edir".

"Olaylar" xəbər verir ki, bunu millət vəkili Fəzail Ağamalı deyib: " Bu ölkələrdən biri Fransadır. Fransa Ermənistana hücum xarakterli silah verməklə Cənubu Qafqazda təhlükəsizliyi təhdid edir, Ermənistanla Azərbaycan arasında imzalanacaq sülhə qarşı çıxır. Bu, Makronun Azərbaycana qarşı münasibətinin təzahürüdür. Ermənistanı isə ən müxtəlif revanşist qüvvələr avantüraya sürükləyirlər".
Alim Hüseynli
Olaylar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31