Qarabağda və Zəngəzurda seçicilər öz millət vəkillərinə səs verəcəklər
21 İyun 2024 12:10 Siyasət"Dövlətimiz qarşısında yeni inkişaf perspektivləri açılıb, islahat aparılır. Azərbaycan tarixinin bu şərəfli mərhələsində VI çağırış Milli Məclis daim ölkə Prezidentinin yanında olub. VI çağırış Milli Məclisin fəaliyyəti uğurlu olub. Hesab edirəm ki, təmsil olunduğum Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin qərarı məqsədəuyğundur. Növbədənkənar parlament seçkilərin keçirilməsi və bu barədə Prezidentə müraciət məqsədəmüvafiqdir". Olaylar xəbər verir ki, bunu Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Milli Məclisin iclasında qeyd edib.
Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev vurğulayıb ki, Milli Məclisə VII çağırış seçkilər müstəqil Azərbaycanın ərazi bütövlüyü çərçivəsində keçirilən ilk parlament seçkisi kimi zərəf tariximizə əlavə olunacaq, Qarabağda və Zəngəzurda seçicilər öz millət vəkillərinə səs verəcəklər.