Müharibədə qalib gələn millət seçkilərdə də qələbə qazanacaq-Komitə sədri

"Yeni legitim qanunverici orqanın formalaşması ilk növbədə xalqımızın yüksək gözləntilərini doğruldacaq". Olaylar xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc bildirib. Zahid Oruc deyib ki, yeni parlamentin ictimai-siyasi palitranı özündə dolğun əks etdirməklə yanaşı, ən başlıcası, xalqın alternativ ideya və düşüncələrini təmsil edəcəyinə, Qarabağdan sonra yeni milli ideologiyanın formalaşdırılmasına töhfə verəcəyinə inanırlar: "Hazırda dünyada yalnız hərbi, siyasi-iqtisadi deyil, həm də idarəçilik böhranı var. Ləyaqətli kadrlar, insan amili bütün formasiyalarda idarəçiliyin bir nömrəli məsələsidir. Ona görə də yeni seçkilərdə əsas şüarlar, "Qələbəni möhkəmləndir!" və "ən böyük sərvət insandır!" devizidir. Qurulacaq yeni parlamentdə hərbi meydanlarda həyatını verən gənclərin elm, diplomatiya, beynəlxalq siyasət və digər səngərlərdə nəsil, əqidə yoldaşlarının daha çox təmsil olunacağına inanırıq. Müharibədə qalib gələn millət seçkilərdə də qələbə qazanacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31