Parlament seçkilərinin önə çəkilməsi başadüşüləndir- ÖZƏL

"Parlament seçkiləri noyabrda nəzərdə tutulur. Həmin vaxtı COP29-un olması bunu mümkünsüz edir, yəni seçkinin önə çəkilməsi başadüşüləndir".


 

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa qeyd edib:

"Yaxşı olardı ki, öncə konstitusion islahatlar olsun, proporsional seçki sistemi parlament seçkilərinə tətbiq olunsun. Ölkənin inzibati ərazi vahidləri yenilənsin, bələdiyyələrin statusu müəyyənləşsin. Suverenliyimiz təmin olunandan sonra bir sıra vacib məsələlər var, bu məsələ öz həllini tapsın. Ondan sonra parlament seçkiləri olsaydı, çox yaxşı olardı. Parlamentdə təmsilçiliyinin artırılması, proporsional seçki sistemi ilə majoritar seçki sisteminin birgə tətbiqi olsaydı, daha yaxşı olardı. Amma indi əgər növbədənkənar parlament seçkilərinin keçirilməsi nəzərdə tutulursa, olsun. Sadəcə olaraq mən düşünürəm ki, nəhayət, ölkəmizdə vəziyyət dəyişib, yeni bir situasiya yaranıb. Yəni ölkənin bütün ərazisi suverenliyini təmin edib. Ona görə də biz azad, ədalətli bir parlament seçkiləri keçirə bilərik və məncə bu çox vacibdir. Bu, həm də COP29 öncəsi Azərbaycanın dünyaya bir mesajdır. Bu seçkilərin önə çəkilməsi başadüşüləndir. Azərbaycanı yeni dönəmə aparacaq, təmsil edəcək yüksək səviyyəli bir parlament seçilərsə, bu, bütövlükdə dövlətimizin də, millətimizin də uğuru olar".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31