İlk dəfə olaraq bütün ölkə ərazisində parlament seçkiləri keçiriləcək

Qarabağ və Zəngəzuru təmsil edən millət vəkillər mandat alacaqlar

Yeni Azərbaycan Partiyasını Azərbaycan Respublikasının Milli Məclisində təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə müraciət olunması üçün təşəbbüslı çıxış ediblər. Əslində altıncı çağırış parlament seçkilərinin ertələnməsinin mümkünlüyü barədə bir müddət öncə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov anons vermişdi. Məsələ orasındadır ki, növbəti parlament seçkilərinin vaxtından əvvələ çəkilməsi ölkə Konstitusiyasının verdiyi imkanlar çərçivəsindədir və bu məsələdə heç bir qeyri-adilik axtarmağa dəyməz. Məlumdur ki,  Azərbaycan Ordusu 30 il təcavüzkar dövlət olan Ermənistanın oşğalı altında olan ərazilərimizi azad edib. Daha dəqiq, 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin olunub. Ölkədə yaranmış yeni stuasiya sözssüz ki, prezident, parlament və bələdiyə seçkilərinin keçirilməsini labüd edir. Məhz bu səbədən  2024-cü ilin fevralında müstəqillik tariximizdə ilk dəfə bütün ölkə ərazisində prezident seçkiləri keçirildi. Ölkə qanunvericiliyi və beynəlxalq hüquq normalarına uğun şəkildə keçirilən prezident seçkilərinin nəticələri bütün dövlətlər və beynəlxalq demokratik təsisatlar tərəfindən tanındı. İlk dəfə bütün ölkə ərazisində keçirilmiş prezident seçkilərindən sonra Azərbaycanda yeni dövrün tələbinə uyğun parlamentin formalaşdırılması zamanıdır. Belə ki, Milli Məclisə növbədənlənar seçkilər zamanı müstəqillik dövründə ilk dəfə olaraq Qarabağ və Zəngəzuru təmsil edən millət vəkillər məhz bu ərazilərdə keçirilən seçkilər nəticəsində mandat alacaqlar.
Məlum olduğu kimi Azərbaycanda parlament seçkiləri 2024-cü il noyabrında keçirilməli idi. Amma həmin ay Azərbaycanda dünyanın ən mötəbər tədbiri sayılan COP29-un keçiriləcəyini nəzərə alam Yeni Azərbaycan Partiyasından olan millət vəkilləri parlament sədrinə müraciət edərək seçkilərin 2 ay əvvələ keçirilməsini təklif edib. COP29 kimi mötəbər tədbirlə eyni vaxtda seçki kampaniyasının təşkili və səsvermənin keçirilməsi mümkün deyil. Seçkilərin vaxtının dəyişməsi həm COP29-u layiqli şəkildə keçirməyə imkan verəcək, həm də bu mötəbər tədbir zamanı ölkə parlamentinin tam fəaliyyətdə olması təmin ediləcək.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31