Bu məsələdə Ermənistan höküməti öz mövqeyini qabardır- ÖZƏL

"Rus qoşunlarının Qafqazdan çıxma məsələsində Ermənistan höküməti öz mövqeyini qabardır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli qeyd edib:

"Avropa ilə qurduğu münasibətlər kontekstində uca səslə bəyan edirlər ki, Ermənistan hökümətinin sərt mövqeyi, Ermənistan hökümətinin antirusiya siyasəti, Ermənistan hakimiyyətinin Rusiyanı Ermənistanı işğal etməkdə və təzyiq altında saxlamaqda ittiham etməsi baxışları onun Qafqazdakı mövqeyini zəiflətdi və Qafqazdan, o cümlədən Ermənistandan, Azərbaycansan çıxmağa başladı. Azərbaycan çıxma məsələsi tamamilə fərqli faktora bağlıdır. Bu, Azərbaycan dövlətinin rəhbərinin yürütdüyü siyasi baxışların nəticəsidir. Bir məqam var ki, Ermənistandan çəkilən rus qoşunları paralel şəkildə NATO üzvü olan Finlandiya ilə sərhədləri də boşaldıb. Təsəvvür edin ki, təxminən indiki vəziyyətdə bu bölgədə əsgər və texnikanın köçürülməsi həyata keçirilib. Orta hesabla Finlandiya sərhədindəki ordu və texnikanın 80%-i Ukrayna sərhədini boşaldıb. Maraqlı məqam bundan ibarətdir ki, Rusiya kənar coğrafiyalardakı hərbi texnikasını, əsgər ehtiyatının hamısını Ukrayna cəbhəsində yeni modelləşmə, yekun kompaniyalar üçün yığmaqdadır. Ruslar həmin o qüvvələri müxtəlif formada texnikaların bərpa anbarlarında xidmətə cəlb etməkdədirlər".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31