Azərbaycan insanının mina terrorunun qurbanı olması üçün minalanma prosesi həyata keçirilib- ÖZƏL

"Ermənistan dövləti hərbi cinayət törədərək Azərbaycan ərazisində 1 milyon yarımdan artıq mina basdırıb və bu minalar müxtəlif təyinatlı minalardır. Həm tank əleyhinə, həm piyada əleyhinə və digər partlayıcı maddələr yerləşdirməklə savaş dövründə Azərbaycan ordusunun qarşısını almaq, ondan sonrakı dövrdə isə Azərbaycan insanının mina terrorunun qurbanı olması üçün bu minalanma prosesi həyata keçirilib. Bu istiqamətdə hələlik beynəlxalq ictimaiyyətdən də Azərbaycana ciddi dəstəyin olduğunu deyə bilmərik". 


 

Bu fikirləri Olaylar.az-a açıqlamasında politoloq Oqtay Qasımov bildirib:

"Doğrudur, müəyyən xırda yardımlar edilib. Amma nəzərə alsaq ki, Azərbaycan ərazisində minalanmış sahələrin böyüklüyü və minaların sayının həddən artıq bu prosesi ciddi şəkildə əngəlləyən amillərdən biridir. Həmçinin nəzərə alsaq ki, Ermənistan həmin sahələrin dəqiq xəritələrini də Azərbaycana təqdim etməyib və təqdim etdiyi xəritələrin dəqiqlik faizi 20-25  faiz arasında dəyişir, bu o deməkdir ki, Azərbaycan özü bu problemlə  təkbaşına qarşı-qarşıya  qalıb. Bu minaların, bu sahələrin təmizlənməsi olduqca uzun zaman və çox böyük maliyyə vəsaitləri tələb edir. Hər halda Azərbaycan bu istiqamətdə artıq müəyyən addımlar da atır. 10 minlərlə hektar ərazilər artıq minalardan təmizlənməkdədir. Ermənistanın bu mina terroruna əl atması və dəqiq mina xəritələrin verilməməsinin digər məqsədi həm də Azərbaycanın qayıdış proqramını, öz yurd-yuvalarına  qayıtmaq istəyən məcburi köçkünlərin bu qayıdışını əngəlləmək niyyəti daşıyır deyə bilərik".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31