Müdafiə nazirinin müavini İtaliyada səfərdədir
20 İyun 2024 16:50 SiyasətAzərbaycan Respublikasının müdafiə nazirinin müavini - Baş direktor cənab Aqil Qurbanov İtaliya Respublikasına səfər edib.
Olaylar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Baş direktor İtaliya Respublikasının müdafiə naziri cənab Quido Krosetto ilə görüşüb.
Azərbaycan ilə İtaliya arasında münasibətlərin strateji tərəfdaşlığa əsaslandığı qeyd olunan görüşdə hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.
Görüşdə, həmçinin, birgə layihələr, eləcə də, bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31