Bu münasibətləri daha yüksək duruma gətirmək olar- ÖZƏL
20 İyun 2024 16:36 Siyasət"Avropa Birliyi ilə Azərbaycan arasındakı münasibətlərin daha yaxşı olma imkanı var. Təbii ki, bu, Avropa Birliyinin nümayəndələrindən daha çox asılı olan bir məsələdir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü qeyd edib:
"Azərbaycan bu münasibətlərə daim həssas, diqqətli yanaşır və üzərinə düşən öhdəlikləri yerinə yetirir, amma qarşı tərəfdən bəzi pozuçuluq etmək istəyən nümayəndələr bəyənatlar verirlər və s. Bu mərhələləri arxada qoyub daha faydalı işlər görmək olar. Xüsusən humanitar əlaqələrdə, minatəmizləmə və mina qurbanlarına yardım istiqamətində çalışmalar həyata keçirmək olar. Bu digər sahələri də əhatə edə bilər. Digər sahələr üzrə də bu prosesləri, münasibətləri davam etdirmək, yüksək səviyyədə inkişaf etdirmək olar. Azərbaycanın bunun üçün iradəsi ortadadır. Azərbaycan beynəlxaq təşkilatlarla, xüsusən Avropa Birliyi və Avropa Birliyinə aid qurumlarla münasibətlərin inkişafı ətrafında maraqlıdır və daim bu istiqamətdə çalışmalar aparır. Avropa Birliyindən maraq olarsa, münasibətləri daha yüksək duruma gətirmək olar".
Qiymət Mahir