Fransa qorxur ki...-Tural İsmayılov- ÖZƏL
20 İyun 2024 15:09 Siyasət"Fransanın Ermənistanı silahlandırmaqda əsas məqsədi Ermənistanı Azərbaycanla sülhdən yayındırmaqdan ibarətdir. Həmçinin Fransa artıq açıq şəkildə Azərbaycan düşmənçiliyi etdiyini ortaya qoyur. Çünki artıq Fransa Ermənistana "Ceasar" silahları satır ki, bunlar ağır hücum silahları hesab edilə bilər. Bu gün Azərbaycanla Ermənistan arasında sülhün müzakirə edildiyi bir vaxtda Fransanın Ermənistana ağır hücum silahları verməyi bölgədə Fransanın qarışıqlığa nail olmağa çalışdığını göstərir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında politoloq Tural İmayılov bildirib.
"Fransa Cənubi Qafqazda xaos istəyir və bu gün Fransa Ermənistana həqiqi dost kimi yanaşmır. Fransa Ermənistana dost münasibəti sərgiləsəydi, Ermənistanı sülhə təşviq edib, düşdüyü ağır iqtisadi vəziyyətdən xilas etməli idi. Əksinə, Fransa nəinki Ermənistanı sülhə təşviq edir, Ermənistanı qızışdıraraq vəziyyəti daha da gərginləşdirməyə çalışır. Eyni zamanda, Fransa qorxur ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalasa, Fransa Ermənistandan Azərbaycan və Türkiyə əleyhinə istədiyi kimi istifadə edə bilməyəcək. Ona görə də Ermənistanla hərbi əməkdaşlıq adı altında onu gücləndirməyə çalışır. Eyni zamanda, Rusiyanın Ermənistandakı hərbi bazası faktorunu da Fransa qəbul etmir. Fransanın atdığı addımlar Ermənistanda Rusiyanın hərbi üstünlüyünü aradan qaldırmaqla yanaşı, bölgədə müharibə risklərini də artırır".
Zeynəb Rzayeva