Ermənistan mina məsələlərində destruktiv, dağıdıcı rol oynamaqda davam edir - ÖZƏL
20 İyun 2024 14:34 Siyasət"Mina terroru Ermənistanın Azərbaycana, Azərbaycan xalqına qarşı törətdiyi ən dəhşətli, faciəvi hadisələrdən daha birisidir".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib.
"İtkin, əsir, girov düşən şəxslərimizin taleyindən məlumatımız yoxdur və bu mina terrory dəhşətli hadisələrdən daha biridir və bu terror davam edir deyə bilərik. Çünki xəritələrini təqdim etmədiklərinə görə, biz minaların harada basdırılması məsələsində demək olar ki, məlumatsızıq və onların yerini özümüz müəyyən etməliyik ki, minalar harda basdırılıb, bunları necə çıxara bilərik. Bu da təbii ki, vaxt alır, çətinliklər yaradır. 400-ə qədər insan yaralanıb, həlak olub, mina terrorundan şikəst olub. Amma biz bu prosesi davam etdiririk və biz bu işləri gerçəkləşdiririk, gerçəkləşdirəcəyik, qətiyyətli, qərarlıyıq. Ermənistan isə bütün bu proseslərdə destruktiv, dağıdıcı rol oynamaqda davam edir və biz hər dəfə onlara xəbərdarlıq edirik. Görürsünüz, onlar bizim xəbərdarlıqlarımızı ciddi qəbul etmirlər. Amma hər dəfə də bu xəbərdarlıq onlara baha başa gəlir.
Hesab edirəm ki, Azərbaycanın mina terroruna qarşı mübarizəsi effektivdir, uğurlu nəticələr gətirəcək. Təmizləyəcəyik, necə ki, təmizləyirik və orada məskunlaşma genişlənəcək. Dəhşətli terrora qarşı və ya digər hadisələrə qarşı isə biz Ermənistanı cəzalandırırıq və onları Azərbaycanla razılaşmağa məcbur edirik".