Azərbaycan COP29-a sağlamlıq məsələlərini də daxil edib - ÖZƏL

"Azərbaycan COP29-la bağlı ən yüksək səviyyədə hazırlıqlar aparır". 

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib.

"Bir neçə gündür Bakıda Nizami Gəncəvi Mərkəzində keçirilən tədbirdə bu qəbildən olan tədbirdir. Ümumiyyətlə, Azərbaycanda keçirilən tədbirlər, Azərbaycan Prezidentinin də iştirakçılarına müraciəti, hesab edirəm ki, çox maraqlı məqamlarla zəngindir. 
Azərbaycan prezidentinin COP29 iştirakçılarına müraciəti istər COP29-la bağlı olan hazırlıqları və dünyada gedən prosesləri, iqlim dəyişiklikləri, Azərbaycanın bu istiqamətdə vermək istədiyi, verəcəyi töhfələr və s. ilə bağlı zəngin tezislər var. 
Ümumiyyətlə, Azərbaycan COP29-a diqqət edirsinizsə, sağlamlıq məsələlərini də daxil edib. Bu məqamın özü də çox əhəmiyyətlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31