Azərbaycan dünyanın taleyini həll edən məsələlərdə söz sahibi ölkələrdən birinə çevrilib - ÖZƏL

"Prezident İlham Əliyevin COP29 iştirakçılarına müraciəti uyğun olaraq, əlbəttə ki, COP29-a fokuslanıb".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib. 

"Təbiidir, təsadüfi heç nə yoxdur. Azərbaycan doğrudan da bu böyük tədbirlə ev sahibliyi etməyə hazırlaşır. Bunun üçün dövlət səviyyəsində, vətəndaş cəmiyyəti səviyyəsində, bütün strukturlar səviyyəsində çox güclü hazırlıq işləri aparılır və əlbəttə ki, Azərbaycan builki Nizami Gəncəvi Mərkəzinin tədbirini də məhz bu mövzuya həsr etməklə, əslində qalanda, hazırlıq mərhələsinə əlavə bir töhfə vermiş oldu. Prezident İlham Əliyev də məhz müraciətində bu məqamlara vurğu edib. Yəni, əsasən diqqəti COP29-a cəlb edib, Azərbaycanın qlobal problemlərinin həllində oynadığı rola diqqət çəkməyə çalışıb. Yəni bu normal və gözləniləndir. Azərbaycan həqiqətən də dünyanın taleyini həll edən məsələlərdə söz sahibi ölkələrdən birinə çevrilib. Yəni biz sadəcə öz dövlətimizi, öz ölkəmizi düşünmürük, eyni zamanda, dünyanın bütün dövlətləri, bütün xalqlarını düşünürük, sülhə töhfə vermək istəyirik, insanların normal yaşayışına töhfə vermək istəyirik. Ümumiyyətlə, iqlim məsələlərində çox həssasıq. Yəni bu baxımdan, cənab Prezident də öz müraciətini məhz bu cür formalaşdırıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31