Qarabağa Azərbaycanın müzəffər ordusu nəzarət edir- ÖZƏL

"Tarixi bir gündə  Qars müqviləsindən düz 100 il sonra iki qardaş ölkə olan Azərbaycan və Türkiyyə  arasında mühüm tarixi əhəmiyyətə malik olan Şuşa bəyannaməsi imzalandı. Bu bəyannamə iki qardaş ölkə arasındakı əməkdaşlığın daha da əyani şəkildə yüksəldilməsinə hesablanmaqla bərabər dünyada və regionda mühüm strateji əhəmiyyətə malikdir". YAP Yardımlı rayon təşkilatından "Olaylar"a bildirilib ki, Şuşa bəyannaməsi Ermənistan və onun havadarlarına, baş qaldırmaqda olan revanşist qüvvələri kökündən sarsıtmaqla yanaşı,  Azərbaycanın siyasi, diplomatik və iqtisadi uğurudur: "Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkənin beynəlxalq nüfuzunun daha da  artırılmasına rəvac vermişdir. Dövrün ən parlaq və intibah çağlarını yaşayan Azərbaycan artıq dünya çapında nüfuzlu olkələr sırasındadır. Qarabağa Azərbaycanın müzəffər ordusu nəzarət edir".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31