Ermənistan sülhə deyil, müharibəyə hazırlaşır - ÖZƏL

"Yayılan məlumatlara görə, Ermənistan Fransadan 36 ədəd "Caesar" özüyeriyən artilleriya sistemi alıb.Sülh müqaviləsi imzalamağa hazırlaşan bir ölkənin belə silahlanması təsadüfü ola bilməz". "Olaylar" xəbər verir ki, bunu deyən ekspert Əkrəm Bəydəmirlinin sözlərinə görə, əslində hər bir ölkənin hansı silahları alması onun daxili məsələsi sayılmalı idi: "Amma, lakin bunu ermənilərə şamil etmək olmaz. Xarici himayədarlarının dəstəyi ilə Ermənistan  Cənubi Qafqaz regionunda bu qədər fəlakətlər yaradıb, Azərbaycan torpaqlarını 30 ilə yaxın işğalda saxlayıb və terroru dövlət siyasətinə  çevirən ölkədir. Belə ölkənin yenidən silahlanmaya cəhd etməsi ciddi narahatlıq doğurur. Ermənistan sülhə deyil, müharibəyə hazırlaşması, imkan yaranan kimi həmin silahların Azərbaycana qarşı istifadə edilməsi gözləniləndir.Çünki ermənilər hər zaman vəziyyətin dəyişməsini və özləri üçün yanan  fürsəti gözləyirlər.  Sülh imitasiyası regionda sabitliyə təminat verə bilməz.  Belə çıxır ki, sülh və sabitlik üçün Ermənistanın başının üstündə hər zaman dəmir yumruq olmalıdır".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31