Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olması üçün əlverişli şərait yranıb- ÖZƏL

"Qarşıdurma siyasətindən uzaqlaşmaq, gərginliyin azaldılması, uzun müddət ərzində yığılıb qalmış problemlərin həlli dünyanın müxtəlif regionlarında, o cümlədən Cənubi Qafqazda yerləşən ölkələrin maraqlarına uyğundur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin üzvü, YAP Təftiş Komissiyası sədrinin müavini Nizami Səfərov deyib: "Bu gün bizim Azərbaycanla Ermənistan arasında münasibətlərdə mövcud olan, demək olar ki, bütün problemlərin həllini normal diplomatik kanallara çəkmək üçün unikal imkanımız var. Dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası prosesinin başlanması, sülh müqaviləsinin hazırlanması baxımından müvafiq strukturlar vasitəsilə təmasların olması, Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması və iqtisadi əlaqələrin bərpası üzrə üçtərəfli işçi qrupunun iclaslarının keçirilməsi onu göstərir ki, yalnız öz maraqlarını güdən bəzi regiondankənar oyunçuları dövlət sərhədlərinin müəyyənləşdirilməsinə cəlb etmədən birbaşa qarşılıqlı fəaliyyət çoxdan gözlənilən sülhün bərqərar olması və uzunmüddətli beynəlxalq təhlükəsizlik rejiminin formalaşdırılması üçün optimal variantdır. Azərbaycanın tarixi qələbəsi sayəsində Cənubi Qafqazda dayanıqlı sülh və təhlükəsizliyin bərqərar olması üçün əlverişli şərait yranıb". 

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31