Diplomatik, siyasi qələbələrimizi sıralamaqdayıq- ÖZƏL

"Hazırda dünya ölkələrinin bir çoxunda ixtişaşlar, vətəndaş qarşıdurmaları, iqtisadi, sosial böhranlar tüğyan edir. Eyni zamanda dünyamız terrorlarla, ölkələrarası müharibələrlə çalxalanmaqdadır. Belə bir vəziyyətdə ölkəmizdə tam əksinə vəziyyət hökm sürür". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Sədaqət Vəliyeva deyib: "Azərbaycanda tam sabitlik var, iqtisadi və sosial sahələrdə inkşaf müşahidə olunur, Qarabağımızda sürətli bərpa quruculuq işləri həyata keçirilir, ölkəmiz böyük beynəlxalq əhəmiyyətli tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir. Digər tərəfdən də diplomatik, siyasi qələbələrimizi sıralamaqdayıq. Və biz bütün bu uğurlara postmüharibə, post pandemiya dönəmində nail olmuşuq.
Heç şübhəsiz bütün bunlar möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik, uğurlu siyasətinin nəticəsidir. Dövlətimizin başçısı ölkəmizin inkşafı üçün gecə-gündüz, bir saniyə belə dayanmadan çalışır.  Həqiqətən də çox xoşbəxt xalqıq ki, İlham Əliyev kimi dövlət Başçımız var".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31